Şarj Həllərimiz

12Model
AC / DCHər ehtiyaca
240–1000kW-a qədər

Şarj cihazları haqqında ən çox verilən suallar

Ev və villa üçün divar tipli (wallbox) AC şarj cihazları uyğundur — EVS+ seriyasında 7 kW və 22 kW modellər mövcuddur. Gecə boyu şarj üçün ideal həlldir, quraşdırma xidməti ilə birlikdə təqdim olunur.
AC cihazlar (7–22 kW) daha yavaş şarj edir və ev, ofis, otel kimi uzunmüddətli dayanacaq yerləri üçün nəzərdə tutulub. DC cihazlar (20–1000 kW) sürətli şarj üçündür — yol kənarı və kommersiya obyektlərində batareyanı dəqiqələr ərzində doldurur.
Type 2 — Avropa standartlı AC konnektor; CCS2 — Avropa standartlı DC sürətli şarj; GB/T — Çin istehsalı elektromobillərin standartı; CHAdeMO — yapon istehsalçıların DC standartı; NACS — Tesla konnektoru. Kataloqdakı hər cihazın dəstəklədiyi konnektorlar ayrıca göstərilib.
Avadanlıqlarımız TÜV Rheinland və CE standartlarına uyğundur, IP65/IP67 su-toz mühafizəsi və çoxsaylı qoruma sensorları ilə təchiz olunub. Hər cihaza 2 il zəmanət verilir.
Bəli — ticarət mərkəzi, otel, ofis və dayanacaqlar üçün AC və DC stansiyaların satışı, quraşdırılması və OCPP-uyğun idarəetmə proqramı ilə tam həll təqdim edirik. Qiymət təklifi üçün bizimlə əlaqə saxlayın.
Qiymət modeldən, gücdən və konfiqurasiyadan (konnektor sayı, kabel uzunluğu) asılıdır. Obyektinizə uyğun dəqiq qiymət təklifi üçün əlaqə formu və ya 012 526 99 99 nömrəsi ilə müraciət edin.
Bəli — komplektə daxil olan portativ kabellə adi rozetkadan şarj mümkündür, lakin bu ən yavaş üsuldur (~2–3 kW). Gündəlik istifadə üçün divar tipli (wallbox) AC şarj cihazı — 7 və ya 22 kW — tövsiyə olunur.
22 kW AC şarj üç fazalı (400V) elektrik xətti tələb edir. Tək fazalı xətt üçün 7 kW model uyğundur. Obyektinizin mövcud elektrik gücünü mühəndislərimiz quraşdırmadan əvvəl qiymətləndirir.
Wallbox — divara və ya dayaq üzərinə quraşdırılan yığcam AC şarj cihazıdır. Ev, villa, ofis və otellər üçün nəzərdə tutulub; adi rozetkadan qat-qat sürətli və təhlükəsiz şarj təmin edir.
Təhlükəsizlik və zəmanət üçün quraşdırma ixtisaslı elektrik mütəxəssisi tərəfindən aparılmalıdır. Charge.az layihələndirmə, montaj və işə salma daxil olmaqla tam quraşdırma xidməti təqdim edir.
Meqavat səviyyəli DC şarj eyni anda çoxlu avtomobilə ən yüksək gücü verən stansiyalardır. Yük maşınları, avtobus parkları və yüksək trafikli kommersiya obyektləri üçün nəzərdə tutulub (EVS+ M seriyası).
Bəli — cihazlarımız OCPP 1.6/2.0 protokolunu dəstəkləyir. İdarəetmə proqramı ilə stansiyaları uzaqdan izləyə, tarif təyin edə və istifadəçiləri idarə edə bilərsiniz.
Seçim çətinliyi?

Sizin üçün ən uyğun həll hansıdır?

Mütəxəssislərimiz obyektinizi qiymətləndirib ən uyğun modeli təklif edəcək.

Ev üçün divar tipli (wallbox) AC şarj cihazından tutmuş yüksək güclü DC sürətli şarj stansiyalarına qədər — Type 2, CCS2, GB/T və CHAdeMO konnektorlu EVS+ və EVS* seriyalı modellər, portativ EV şarj kabelləri və aksesuarlar.